"GƏNCLƏR PAYTAXTI" internet səsvermə vasitəsi ilə əsasən gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur.
Səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib.

Bir nəfər bir dəfə səs verə bilər!

 
   
     
  ANA SƏHİFƏ LAYİHƏ HAQQINDA NAMİZƏD ŞƏHƏRLƏR PAYTAXT 2012 PAYTAXT 2013 ƏLAQƏ  
     
 
Səsvermədə iştirak et
Bir nəfər bir dəfə səs verə bilər!
Gəncə şəhəri 13.1%
Şirvan şəhəri 12.3%
Naxçıvan şəhəri 12.1%
Kürdəmir rayonu 11.8%
Şəki rayonu 10.1%
Qəbələ rayonu 7.0%
Sumqayıt şəhəri 4.3%
Ağsu rayonu 2.6%
Mingəçevir şəhəri 2.5%
Şamaxı rayonu 1.7%
Biləsuvar rayonu 0.8%
Hacıqabul rayonu 0.8%
Yevlax rayonu 0.8%
İsmayıllı rayonu 0.8%
Lerik rayonu 0.7%
Quba rayonu 0.7%
Balakən rayonu 0.7%
Abşeron rayonu 0.7%
Göygöl rayonu 0.7%
Zaqatala rayonu 0.6%
Qax rayonu 0.6%
Tərtər rayonu 0.6%
Lənkəran rayonu 0.6%
Neftçala rayonu 0.6%
Tovuz rayonu 0.6%
Zərdab rayonu 0.6%
Şərur rayonu 0.6%
Salyan rayonu 0.6%
İmişli rayonu 0.6%
Ağstafa rayonu 0.6%
Cəlilabad rayonu 0.6%
Astara rayonu 0.6%
Ağcabədi rayonu 0.5%
Goranboy rayonu 0.5%
Qusar rayonu 0.5%
Saatlı rayonu 0.5%
Masallı rayonu 0.5%
Sabirabad rayonu 0.5%
Ucar rayonu 0.5%
Samux rayonu 0.5%
Şabran rayonu 0.5%
Yardımlı rayonu 0.5%
Bərdə rayonu 0.5%
Ağdaş rayonu 0.4%
Gədəbəy rayonu 0.4%
Şəmkir rayonu 0.4%
Göyçay rayonu 0.4%
Qazax rayonu 0.4%
Xaçmaz rayonu 0.4%
Babək rayonu 0.4%
Beyləqan rayonu 0.4%

Bir nəfər bir dəfə səs verə bilər

 
 
 

"Gənclər Paytaxtı" 2012 elan olundu

16 fevral 2012-ci il tarixində “Buta Palace”da “2 Fevral Gənclər günü”nə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, internetdə “Azərbaycanın Gənclər Paytaxtı” mövzusunda keçirilən sorğu-səsvermədə Gəncə şəhərinin birinci yeri tutduğunu açıqlamışdır. Onun sözlərinə görə, səsvermədə 1 milyon 700 min azərbaycanlı gənc iştirak etmişdir.
Beləliklə, Azərbaycanın ilk "Gənclər Paytaxtı" rəsmi olaraq Gəncə şəhəri elan olunmuşdur.

Layihə haqqında

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2011-ci il 7 iyul tarixində imzalanmış Sərəncamla "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq bəndinə əsasən proqramın əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir.

Azərbaycanın Gənclər Paytaxtı nədir?

“Gənclər Paytaxtı” internet səsvermə vasitəsinə əsasən gənclər tərəfindən seçilmiş Azərbaycanın bir şəhər və ya rayonudur. Səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan şəhər və rayonlar daxil edilib.

Gənclər Paytaxtını necə seçmək olar?

Səsvermə bunun üçün xüsusi yaradılmış sayt vasitəsilə həyata keçirilir www.genclerpaytaxti.az. Onu bilmək vacibdir ki, bir nəfər (bir şəhər və ya rayona) yalnız bir dəfə səs verə bilər.
Səsvermə prosesi 3 prinsip əsasında aparılır: açıq, şəffaf, bərabər.
Açıq: səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsi ilə həyata keçirilir.
Şəffaf: hər verilən səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır.
Bərabər: yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər Paytaxtının seçilməsində bərabər hüquqla iştirak edir.

Səsvermə siyahısına hansı şəhərlər daxil edilib?

2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının səsvermə siyahısına əhalisi 50.000 və ondan yuxarı olan 51 şəhər və rayonlar daxil edilib. Onlar Azərbaycanın regionları üzrə göstərilib. Hər regionun daxilində şəhərlər (rayonlar) əlifba sırasına görə ardıcıllıqla düzlənib.
Bakı şəhəri səsvermədə iştirak etmir.

Gənclər Paytaxtının seçimi hansı vaxt müddətində keçirilir?

2012-ci ilin Azərbaycanın Gənclər Paytaxtının seçilməsi 2012-ci ilin 1-30 yanvar tarixlərində keçiriləcək. 30 yanvar 2012-ci il tarixdə saat 23.59-dan sonra verilmiş səslər qeydə alınmayacaq.
Azərbaycanın Gənclər Paytaxtının adı 2 fevral - Azərbaycan gəncləri günü Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi elan ediləcəkdir.

Gənclər Paytaxtı hansı müddətə seçilir?

Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir : il cari ilin 2 fevral tarixində başlayıb növbəti ilin 1 fevral tarixində başa çatır. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasını, sosial problemlərinin həllinə daha böyük diqqət verir.

Gənclər Paytaxtı başqa ölkələrdə də seçilirmi?

Avropa məkanında Avropanın Gənclər Paytaxtı seçmək təcrübəsi ilk dəfə 2009-cu ildə başlayıb və uğurla davam edir. Avropanın gənclər Paytaxtı olan şəhərlərin siyahısı:
2009 Rotterdam (the Netherlands)
2010 Turin (Italy),
2011 Antwerp (Belgium)
2012 Braga (Portugal)
2013 Maribor (Slovenia).
2014 Thessaloniki (Greece) seçilmişlər.
Bu haqda daha ətraflı məlumatı www.youthforum.org ünvanından almaq olar.