2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib
“Gənclər Paytaxtı”nın maskotu festivala xüsusi rəng qatıb
2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib.
Gənclər və İdman Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Goranboy şəhər Heydər Əliyev Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Gənclər Evlərinin Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgiləri təqdim olunub.
Bölgələrdən olan gənclərin iştirakı ilə folklor nümunələri, musiqi proqramları və ifalar nümayiş etdirilib. “Gənclər Paytaxtı”nın maskotu festivala xüsusi rəng qatıb. 33 Gənclər Evinin iştirakı ilə keçirilən festival gənclər arasında birlik, həmrəylik və Novruz ənənələrinin yaşadılmasına töhfə verib.
#GənclərPaytaxtı #Goranboy2026 #BaharFest #genclerevi #Gənclərvəİdman