Lənkəranda “Tirmə şallı, al yanaqlı gözəllər” adlı tədbir keçirildi
Tədbirdə gənc xanımların əl işləri, milli üslubda olan yaradıcılıq, xalçaçılıq, xalq tətbiqi sənət nümunələri, rəsm əsərləri nümayiş etdirildi.

Lənkəranda “Tirmə şallı, al yanaqlı gözəllər” adlı tədbir keçirildi.
7 mart 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Lənkəran Gənclər Evinin tərəfdaşlığı ilə Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarından olan gənc xanımların əl işləri, milli üslubda olan yaradıcılıq, xalçaçılıq, xalq tətbiqi sənət nümunələri, rəsm əsərləri nümayiş etdirildi.
Tədbirdə regionda yaşayan gənc xanımların, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nəzdində olan klublarda fəaliyyət göstərn yaradıcı xanımların əl işləri ilə yanaşı Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri və Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin xalçaçı qızlarının əl işləri də nümayiş olunub və qonaqlara musiqi və rəqs nömrələri təqdim edilib.
Tədbirdə min nəfərdən çox regiondan gələn qonaqlar və şəhər sakinləri iştirak edib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi