Gənclər Paytaxtı Lənkəran Beynəlxalq Gənclər Gününü qeyd etdi
“Gəncdən gəncə” layihəsində fəallıq göstərən gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif edildilər.
Gənclər Paytaxtı Lənkəran Beynəlxalq Gənclər Gününü qeyd etdi 🤩
Gənclər Paytaxtı Lənkəranda 09-12 avqust tarixlərində “Gəncdən gəncə” layihəsi çərçivəsində
🔸 “Mən kiməm?”
🔸 “İntellektual yarışların təşkil qaydaları”
🔸 “Sağlamlığımızı qoruyaq: ilkin tibbi anlayışlar”
🔸”Sehrli fırça”
🔸”Könüllülük hərəkatında innovasiya”
🔸 “Sosial mediadan səmərəli istifadə qaydaları” mövzularında təlimlər keçirildi.
Sonda Gənclər Evinin qarşısında təntənəli bayram tədbiri keçirildi. Tədbirdə gənc fəallar, könüllülər, istedadlı gənclər çıxış etdilər. Musiqiçi gənclərin ifaları, müğənni gənclərin isə mahnıları dinlənildi, iştirakçılar tərəfindən sevinclə qarşılandı.
“Gəncdən gəncə” layihəsində fəallıq göstərən gənclər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif edildilər.