• Gənclər paytaxtı
  • Goranboy
    • Goranboy haqqında
    • Goranboy gəncləri
    • Goranboy Paytaxtının maskotları
    • 2025-cü il Türk Dünyasının Gənclik Paytaxtı
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • Gənclər paytaxtı
  • Goranboy
    • Goranboy haqqında
    • Goranboy gəncləri
    • Gənclər Paytaxtının maskotları
    • 2025-cü il Türk Dünyasının Gənclik Paytaxtı
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • 15 Yanvar 11:22

“Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub

2026-cı ilin “Gənclər Paytaxtı”nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib.

“Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub

2026-cı il üçün Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Goranboy rayonunun rəsmi loqo və maskotu təqdim olunub.

🔥 Loqonun əsas elementi olan “G” hərfi həm Goranboyu, həm də gəncliyi simvolizə edir. Loqonun yuxarı hissəsində yer alan alov Goranboy adının mənşəyinə “gor (qor)” (od, odlar yurdu) anlayışına istinad edir və enerji ilə dinamizmi ifadə edir. Aşağı hissədəki çay və təbiət elementləri isə rayonun zəngin təbii irsini və davamlı inkişaf ideyasını əks etdirir. Bu elementlərin vəhdəti “G” hərfi daxilində gənc obrazının formalaşmasına imkan yaradır.

💧 2026-cı ilin “Gənclər Paytaxtı”nın maskotu olaraq su elementini simvolizə edən obraz seçilib. Bu seçim Goranboy rayonunun ərazisindən keçən çayların və ümumilikdə su ehtiyatlarının bölgənin təbii, sosial və mədəni həyatında mühüm rol oynaması ilə əlaqədardır. Su maskotu həyatın mənbəyini, təmizliyi, saflığı və davamlı inkişafı ifadə etməklə yanaşı, gəncliyin daim yenilənən, hərəkətdə olan və gələcəyə doğru inkişaf edən enerjisinin rəmzi kimi təqdim olunur.

Paylaş

Son xəbərlər

2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib

2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib

“Gənclər Paytaxtı”nın maskotu festivala xüsusi rəng qatıb

19 Mart 10:43
“Gənclik düşərgəsi” təşkil olunub

“Gənclik düşərgəsi” təşkil olunub

Gün ərzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı sənədli film nümayiş olunub və komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib.

13 Fevral 10:48
Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası

Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası

Tədbirdə gənclər təşkilatlarının strategiyası və strateji planları, qrant ayırmaları və dəstək mexanizmləri, gənclərin süni intellektdən istifadəsi, beyin mərkəzləri, sosial layihələr, regionlarda gənclərlə iş və digər məsələlər müzakirə edilib.

4 Fevral 18:00
  • Gənclər paytaxtı
  • Goranboy haqqında
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Əlaqə

Gənclər və İdman Nazirliyi
  • Telefon: 187
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: AZ1072, Bakı, Olimpiya küçəsi 4

follow us

Əlaqə

Regional idarənin rəisi: Elşən Hüseynov
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: Gəncə şəhəri, 28 May küçəsi 34, Heydər Əliyev Park-Kompleksi, Gənclər Evi, 2-ci mərtəbə.

© 2026 Gənclər paytaxtı. Bütün hüquqlar qorunur!