• Gənclər paytaxtı
  • Goranboy
    • Goranboy haqqında
    • Goranboy gəncləri
    • Goranboy Paytaxtının maskotları
    • 2025-cü il Türk Dünyasının Gənclik Paytaxtı
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • Gənclər paytaxtı
  • Goranboy
    • Goranboy haqqında
    • Goranboy gəncləri
    • Gənclər Paytaxtının maskotları
    • 2025-cü il Türk Dünyasının Gənclik Paytaxtı
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə
  • 3 Fevral 2024 19:13

Azərbaycan Gəncləri Günü və Lənkəran şəhəri 2024-cü il üçün “Gənclər Paytaxtı

Azərbaycan Gəncləri Günü və Lənkəran şəhərinin 2024-cü il üçün “Gənclər Paytaxtı” seçilməsi münasibətilə fevralın 2-də Lənkəran şəhərində bir sıra tədbirlər keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, gül dəstələri qoyulub. Daha sonra Lənkəran Dövlət Universitetində “İlin gənci” nominasiyaları üzrə mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlanıb. Daha sonra gənclər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini İndira Hacıyeva təqdim ediblər. Mükafatlandırılma mərasimindən sonra nazir Fərid Qayıbov çıxış edərək gəncləri təbrik edib və uğurlar arzulayıb, ardınca gəncləri maraqlandıran sualları cavablandırıb.
Günün ikinci yarısında Heydər Əliyev Mərkəzi qarşısında “Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov və lənkəranlı gənc, Vətən müharibəsi iştirakçısı, Gənclər üçün Prezident mükafatçısı, Regional İnkişaf İctimai Birliyinin əməkdaşı və Hərbi Qənimətlər Parkının Meneceri Orucəli Abbaszadə çıxış ediblər.
Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov “Gənclər Paytaxtı”nın rəmzi açarını Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təqdim edib. Ardınca Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il Gənclər üçün Prezident mükafatlarına layiq görülmüş gənclər təbrik edilib, alqışlanıblar. Daha sonra lənkəranlı gənclər tərəfindən hazırlanan videoçarx nümayiş olunub. 2024-cü il “Gənclər Paytaxtı”nın loqosu və maskotu təqdim olunub. Loqo gənc dizayner Aydın Abdullayev tərəfindən hazırlanıb.
Tədbir gənc musiqiçilərin ifasında bədii hissə ilə davam edib.

Paylaş

Son xəbərlər

2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib

2026-cı ilin “Gənclər Paytaxtı” Goranboyda #BaharFest və #Novruz şənliyi keçirilib

“Gənclər Paytaxtı”nın maskotu festivala xüsusi rəng qatıb

19 Mart 10:43
“Gənclik düşərgəsi” təşkil olunub

“Gənclik düşərgəsi” təşkil olunub

Gün ərzində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” adlı sənədli film nümayiş olunub və komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib.

13 Fevral 10:48
Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası

Gənclər Təşkilatları işçi qruplarının 2026-cı il üzrə I iclası

Tədbirdə gənclər təşkilatlarının strategiyası və strateji planları, qrant ayırmaları və dəstək mexanizmləri, gənclərin süni intellektdən istifadəsi, beyin mərkəzləri, sosial layihələr, regionlarda gənclərlə iş və digər məsələlər müzakirə edilib.

4 Fevral 18:00
  • Gənclər paytaxtı
  • Goranboy haqqında
  • Xəbərlər
  • Tədbirlər
  • Əlaqə

Əlaqə

Gənclər və İdman Nazirliyi
  • Telefon: 187
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: AZ1072, Bakı, Olimpiya küçəsi 4

follow us

Əlaqə

Regional idarənin rəisi: Elşən Hüseynov
  • E-mail: [email protected]
  • İş saatları: 9:00-18:00
  • Ünvan: Gəncə şəhəri, 28 May küçəsi 34, Heydər Əliyev Park-Kompleksi, Gənclər Evi, 2-ci mərtəbə.

© 2026 Gənclər paytaxtı. Bütün hüquqlar qorunur!